HAQQINDA

Asif Şükürov

Bakı Salyan

Salam, mən Asif Şükürov. NSCO, NaNTech, Your Decor, Go Live, Design Group kimi şirkətlərdə IT mütəxəssis və web proqramçı olaraq əməkdaşlıq etmişəm.

Programlaşdırmaya orta məktəb vaxtlarımdan həvəsim olduğuna görə iş təcrübəm də yaşıma nisbətdə çoxdur. Təbiiki, orta məktəb vaxtlarında profesional səviyyədə deyildim. Sadəcə olaraq bu mənə çox böyük üstünlük verir. Web proqramlaşdırmanı dərs vəsaitləri ilə yox, real proyektlər üzərində öyrəndiyim üçün təcrübə baxımından böyük üstünlük qazanmışam. Bundan əlavə OBS studio və Resolume proqramlarını öyrənmişəm çünki yayıncı olmaq tələbəlik illərindən bəri mənim xəyalım olmuşdur.

DAHA ƏTRAFLI

BACARIQLAR

Web Developer


Front end olaraq HTML, CSS, Javascript, jquery, Bootstrapt istifadə edirəm. Digər proqramlaşdırma dilləri haqqında da məlumatım var və bəzi hallarda Python istifadə edirəm. Verilənlər bazası olaraq isə MS Sql ilə işləyirəm.



Front-End Developer


Şəxsi fikrimə görə Front End Developer olmaq asandır və hər bir insan Front End Developer ola bilər. Sadəcə olaraq bu sahəyə marağı olmalıdır və biraz dizayn baxışı olsa daha yaxşı olar.



Database


Verilənlər bazası sevdiyim bir sahədir. Hansı proqram təminatını hazırlamağımızda asılı olmayaraq database çox önəmlidir. Verilənlər burada saxlanıldığı üçün strukturun formalaşdırılması zamanı təhlukəsizlik və optimallaşdırmaya xüsusi önəm vermək lazımdır. 2020-ci ildə Oracle MS Sql öyrənmişəm.



Broadcaster


Yayın olaraq OBS və Resolume proqramları ilə işləyirəm. Tədbirlərdə led ekran-a, zoom-a, youtube-a və başqa sosial şəbəkələrə eyni anda canlı yayın ötürə bilirəm.

TƏHSİL

Orta təhsil


Orta təhsilimi Salyan rayonu Qırxçıraq kənd orta məktəbində almışam. O vaxtlarda komputerə olan həvəsimə görə əvvəlcə Windows istifadəsini, Office proqramlarını öyrəndikrən sonra sadə web saytlar hazırlamağa başladım. Orta məktəbdə daha çox maraqlı olduğum fənnlər Riyaziyyat, Fizika və Kimya olub.



Bakalavr


Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsində almışam. Çox təəssüf ki, universitetdə çox köhnə proqramlaşdırma dili tədris olunurdu(Pascal).

Musiqi

  • Hamısı
  • Samra
  • Ceza
  • Gazapizm

Blog